UEFA Millətlər Liqasında qadın futbolçulardan ibarət Azərbaycan millisi daha bir qələbə qazanıb.
C Liqasının III qrupunda yer alan komandamız “Dalğa Arena”da Monteneqroya 3:0 hesabı ilə qalib gəliblər. Matçda 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak, 84-cü dəqiqədə isə Ayşən Əhmədova fərqləniblər.
Qeyd edək ki, IV turdan sonra Azərbaycan millisi 10 xalla qrup lideridir. İkinci pillədə qərarlaşan Monteneqronun aktivində isə 6 xal var. Yığmamızın Millətlər Liqasında növbəti oyunu dekabrın 1-nə təsadüf edəcək. Milli səfərdə Kiprə qarşı oynayacaq.
Leyla SABİRQIZI
XQ

