Bakıda Xəzri İstirahət və Sağlamlıq Mərkəzində Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası təşkil edilib.
Tədbirə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Luçiano Rossi, Avropa Atıcılıq Konfederasiyasının Prezidenti Aleksandr Ratner, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Mariana Vasileva və Avropanın 50-ə yaxın təmsilçləri qatılıblar.
Qeyd edək ki, Assambleya iki ildən bir keçirilir və növbəti illərdə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr üçün səsvermə prosesi, həmçinin federasiyaların inkişaf istiqamətləri üzrə müzakirələr aparılır.
L.SABİRQIZI
XQ