Taekvondoçumuz qitə birincisi olub

post-img

Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığması 1 qızıl və 1 bürünc medal qazanıb.

Yığma komandanın üzvü Şəms Əlizadə (160 sm) debüt görüşündə isveçli Nazaah Valiulla üzə­rində 2:0 hesabı ilə qələbə əldə edib. Dörddəbir finalda Barba Strjemkovskanı (Polşa) da eyni he­sabla məğlub edən təmsilçimiz yarımfinala yük­səlib. Final uğrunda Laura Kuyaçiçi (Bosniya və Herseqovina) üzərində də qələbə qazanan (2:0) Ş.Əlizadə uğurlu seriyanı həlledici mərhələdə də davam etdirib. Qızıl medal uğrunda serbiyalı San­ya Brkiçlə döyüşən yığma üzvü bu dəfə də hər iki hissəni qələbə ilə başa vurub və Avropa çempionu titulunu qazanıb. 

Yığmanın digər üzvü İlyas Hətəmli (160 sm) isə ardıcıl olaraq Natan Degiorgio (Malta) və Dmit­ri Stepurenkonu (Ukrayna) 2:0 hesabı ilə məğlub edib, yarımfinala çıxıb. Taekvondoçu bu mərhələ­də Abubakr Şaxmaqomedova (AİN) 1:2 hesabı ilə məğlub olduğundan Avropa birinciliyini bürünc me­dalla başa vurub. 

L.SABİRQIZI
XQ

İdman