Gimnastlarımız daha 2 qızıl medal qazanıblar

post-img

Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında akrobatika gimnastikası üzrə Azərbaycan yığması 2 qızıl, 1 gümüş medal qazanıb.

İdmançılarımız çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ağasif Rə­himov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Avropa çempionu olub.

Komandamızın digər üzvləri Nəzrin Zeyniye­va, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) isə qitə birinciliyində gümüş medala yiyələnib. Bununla da, yığmamızın qazan­dığı medalların sayı 6-ya (4 qızıl, 2 gümüş) çatıb.

L.SABİRQIZI
XQ

İdman