MMA (qarışıq döyüş sənəti) döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev “Qəbələ” İdman Klubu ilə yeni müqavilə imzalayıblar.
“Baku MMA Academy”də keçirilən tədbirdə klubun ümumi işləri üzrə koordinatoru Səbuhi Qarayev, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə yığma komandasının baş məşqçisi Ruslan Əfəndiyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, noyabrın 4-də Milli Gimnastika Arenasında “Landmark 7” turniri təşkil ediləcək. Yarışda Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev bu ölkənin digər idmançısı Toji Takeda, Nəriman Abbasov isə rusiyalı Ali Abdulxalikovla ilə güclərini sınayacaqlar.
Leyla SABİRQIZI
XQ