Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.
Günün mərkəzi matçında "Neftçi" komandası son çempion "Qarabağ"ı qəbul edib.
Oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın ilk qolunu 46-cı dəqiqədə Juninyo vurub. Oyunda son nöqtəni 88-ci dəqiqədə Redon Cica qoyub.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Qarabağ" birinci pilləyə yüksəlib. "Ağ-qaralar" isə 12 xalla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"a (2:1), "Səbail" "Qəbələ"yə (1:0) qalib gəlib. "Sabah" - "Araz-Naxçıvan" (1-1) qarşılaşmasında isə qalib müəyyənləşməyib.
XQ