Londonun əfsanəvi “Porçester Holl” sarayında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qarışıq idman növləri üzrə beynəlxalq turnir təşkil edilib.
Yarışda İngiltərə, İspaniya və digər ölkələrin muay-tay, kikboksinq və MMA üzrə idmançıları mübarizə aparıblar. Turnirin əsas döyüşləri Yusuf Ali Taleb ilə Co Bello və Kennet Alarkon ilə Körtis Allen arasında keçirilib. Yusuf Ali Taleb və Körtis Allen rəqiblərini məğlub edərək qalib adına layiq görülüblər. Yusuf Ali Taleb “Immortal Champions” – MMA Britaniya titulunu, Körtis Allen həm Avropa çempionu, həm də “Immortal Champions” – muay-tay titulunu qazanıb.
Leyla SABİRQIZI
XQ

