Boksçularımızın Almaniya uğuru

post-img

Almaniyanın Halle şəhərində keçirilmiş beynəlxalq turnirdə Diaspor Boks Liqasının boksçuları uğurla çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitə­sinin dəstəyi, Diaspor Boks Liqasının və Heydər Əliyev adına Dünya Boks Komitəsinin birgə təşkilatçılığı ilə Vols­park zalında baş tutan yarışda 16 çəki dərəcəsində qarşılaşmalar baş tutub. Liqanın boksçuları Aleksandr Frank və Azər Soltanov peşəkar rinqdə isveçli və belaruslu rəqibləri üzərində inamlı qələbə qazanıblar. Yarışın qalibi Alek­sandr Frank müasir Azərbaycan dövlə­tinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kəmərlə təltif olunub.

Leyla SABİRQIZI
XQ

İdman