Azərbaycan – Niderland oyununun vaxtı dəyişdirilib

post-img

Futzal üzrə 2024-cü il Dünya Çempionatının elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

“XQ” Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, saat 20:00-da deyil, 18:30-da başlayacaq.

Elçin ABBASOV,
XQ

İdman