“Neftçi”nin qrupu və oyun təqvimi müəyyənləşib

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Ulan-Batorda keçiriləcək final mərhələsində “Neftçi”nin qrupu və oyun təqvimi müəyyənləşib.

“XQ” FİBA-nın rəsmi məlumatına istinadən xəbər verir ki, 16-17 sentyabr aralığında Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 8 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi baş tutacaq.

Təmsilçimiz “Neftçi” B qrupunda Çin, ABŞ milliləri və “Yuanda” (Çin) klubu ilə üz-üzə gələcək. “Neftçi” ilk qrup oyununu 16 sentyabrda Bakı vaxtı ilə saat 12:15-də ABŞ yığmasına qarşı keçirəcək. İkinci oyun saat 14:05-də Çin millisinə, sonuncu qrup oyunu isə saat 15:05-də "Yuanda" klubuna qarşı baş tutacaq. 

Qeyd edək ki, qruplarda ilk pilləni tutmuş komandalar yarımfinala, ikinci və üçüncü sıranı tutmuş kollektivlər isə "play-in" mərhələsinə vəsiqə qazanacaqlar.

Elçin ABBASOV,
XQ

İdman