Serbiyada “Sabah”ın yoxlama oyunu

post-img

FIBA Avropa Kubokunun təsnifat mərhələsinə Serbiyada hazırlaşan “Sabah” Basketbol Klubu növbəti yoxlama oyununu keçirib.

Azərbaycan çempionu Serbiyanın yüksək liqasında çıxış edən “Radniçki” komandası ilə mübarizə aparıb. Görüşdə Bakı təmsilçisi rəqibinə 81:82 hesabla məğlub olub.

Qeyd edək ki, “Sabah” klubu təlim-məşq toplanışındakı ilk sınaq matçında Serbiyanın digər təmsilçisi “Vrsac”a 57:62 hesabı ilə uduzub.

Leyla SABİRQIZI
XQ

 

İdman