Qara üzümün faydası və qaydası

post-img

Qara, tünd rəngli üzüm ağ üzümə nisbətən antioksidantlarla daha zəngindir. Bu barədə rusiyalı terapevt Yelena Solomatina üzümün faydalarından danışarkən deyib.

 Onun fikrincə, qara üzümün tərkibində olan polifenollar qocalmanın qarşısını alır, ürəyi gəncləşdirir, qaraciyərə müsbət təsir edir.

Təcrübələr göstərir ki, üzüm daha çox ürək-damar, sinir sistemini qoruyur, orqanizmin turşu-qələvi mühitini yaxşılaşdırır, həmçinin oksidləşmə prosesinin qarşısını alır. 

Həkim bildirib ki, əlavə olaraq, üzümdə çox miqdarda kalium var ki, o da bədəndən artıq mayeni çıxarır, təzyiqi salır. Maqnezium isə bağırsaq və sinir sistemini gücləndirir.

Həkim məsləhət görür ki, diabet, insulin xəstəliyi olanlar üzümü çox az yeməlidirlər, çünki qanda şəkəri kəskin qaldırır.

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat