Karate-1 Premyer Liqa turnirində daha bir uğur

post-img

Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) İrlandiyanın paytaxtı Dublində keçirilən Karate-1 Premyer Liqa turnirində uğurla çıxış edib. 

Təmsilçimiz finalda əsas rəqibi isveçrəli Yelena Kiriçini məğlub edərək qızıl medal qazanıb. 

Qeyd edək ki, bu, idmançımızın Premyer Liqa mərhələlərində ikinci qələbəsidir. Bundan əvvəl o, Mərakeşdə keçirlən yarışda da qızıl medal qazanıb. 

Leyla SABİRQIZI
XQ

İdman