Akrobatika millimiz Polşada qalib oldu

post-img

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Polşanın paytaxtı Varşavada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirində uğurla çıxış edib. 

Millimizin üzvləri yüksək ustalıq nümayiş etdirərək beynəlxalq turnirin qalibi adına layiq görülüb. Belə ki, Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qadın qrupu), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Leyla SABİRQIZI
XQ

İdman