Ötən həftə COVID-19-a 126 yoluxma qeydə alınıb

post-img

Sentyabrın 4-dən 10-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 126 yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 832 min 438 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 4 nəfər müalicə olunaraq sağalıb, 10 min 302 nəfər vəfat edib. Aktiv xəstə sayı 132 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 909, bu günə qədər isə ümumilikdə 7 milyon 677 min 476 test icra olunub.

XQ

 

Son xəbərlər