Qırmızı Xaç əsirlərimizlə görüşüb

post-img

BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.

Bu barədə qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinindən bildirilib.  Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

XQ

 

Son xəbərlər