Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Ermənistan və Xorvatiya yığmaları arasında keçirilən oyunda ermənilərin törətdiyi təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.
Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib: “Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan - Xorvatiya oyununda təxribata əl atıblar. Bu dəfə dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Bu qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.
Qeyd edək ki, oyun 1:0 hesabı ilə xorvatların xeyrinə başa çatıb.

