Renat Dadaşov "Hatayspor"a keçir

post-img

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Renat Dadaşov Türkiyənin “Hatayspor” klubuna transfer olunub.

"XQ" Türkiyə mətbuatın istinadən xəbər verir ki, 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Məlumat üçün deyək ki, Türkiyə klubunun rəsmi saytında da bu barədə məlumat yerləşdirilib.

Qeyd edək ki, Renat Dadaşovun son klubu İsveçrənin “Qrasshopper” komandası olub.

 

Elçin ABBASOV,

XQ

İdman