"Sabah"ın heyətində yeni futbolçu

post-img

Paytaxtın “Sabah” futbol klubu Ukraynanın Kiyev şəhərinin “Dinamo”  komandasında çıxış edən yamaykalı yarımmüdafiəçi Kahim Perrisi transfer edir. 

"XQ" yerli mətbuatda yayılan məlumatlara istinadən xəbər verir ki, Bakı təmsilçisi 23 yaşlı hücumameyilli yarımmüdafiəçini icarəyə götürəcək.

Razılaşmaya əsasən, 23 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanacaq. “Sabah” 2024-cü ilin yayında onu birdəfəlik transfer edə bilər.

Xəbərlərdə bildirlir ki, Kahim Perris “Dinamo”ya 2023-cü ilin yayında Sloveniyanın “Koper” komandasından keçib. O, 2022-2023-cü illər mövsümündə Kiyev təmsilçisinin heyətində 15 oyuna çıxıb və 3 qol vurub. Gənc yarımmüdafiəçinin "Dinamo" ilə müqaviləsi 2026-cı ilədək olan dövrü əhatə edir.

 

Elçin ABBASOV,

XQ

İdman