"Beşiktaş" Erik Bayini transfer edib

post-img

Türkiyənin "Beşiktaş" klubu heyətinə yeni futbolçu cəlb edib.

"XQ" "Mynet.com"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Erik Bayi transfer olunub.

Onu da əlavə edək ki, Erik Bayi 2016-cı ildən "qırmızı şeytanlar"ın formasını geyinib. O, ötən mövsüm icarə əsasında Fransanın "Marsel" klubunun şərəfini qoruyub.

 

Elçin ABBASOV,

XQ

İdman