Qarabağ”ın rəqibi "Hekken" iştirak ərizəsini UEFA-ya təqdim edib

post-img

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda qərarlaşan “Hekken” komandasının iştirak ərizəsi müəyyənləşib.

"XQ" xəbər verir ki, İsveç klubu 30 oyunçunun adını UEFA-ya göndərib.

Baş məşqçi Per-Matias Höqmonun ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 9 hücumçu olacaq.

Qapıçılar: 1. Yohan Bratberq, 26. Peter Abrahamson, 30. Sebastian Banoziç;

Müdafiəçilər: 7. Yakob Barett Laursen, 3. Yohan Hamar, 4. Franklin Tebo Uçenna, 5. Even Hovland, 12. Valqeyr Lundal Fridrikson, 13. Simon Sandberq, 15. Kadir Hociç, 21. Tomas Totland;

Yarımmüdafiəçilər: Oskar Ruuska, 8. Abdulrazaq İshaq, 11. Samuel Qustafson, 14. Simon Qustafson, 16. Pontus Dahbo, 18. Mikkel Riqaar, 22. Tobias Sana, 27. Romeo Amane, 35. Siqe Yansson, 39. İsak Brusberq;

Hücumçular: Anomnaçi Çidi, 9. Ola Kamara, 10. Ali Yussef, 19. Srcan Hrstiç, 23. Momodu Sonko, 24. Amor Layuni, 29. Filip Trpçevski, 33. Yon Pol Dembe, 37. İbrahim Sadiq.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsi sentyabrın 21-də başlayacaq. “Hekken” II turda oktyabrın 5-də “Qarabağ”ı qəbul edəcək.

 

Elçin ABBASOV,

XQ

İdman