Ölkəmizin ən güclü çimərlik voleybolçuları

post-img

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. 

“Heydər Əliyev İli” çərçivəsində Su İdmanı Sarayında təşkil olunan yarış­da qadınlar arasında Larisa Smeltsova - Fidan Əhmədxanova tandemi qalib adını qazanıb. Leyla Parşkova və Fi­dan Fərzullayevadan ibarət komanda ikinci, Nərmin Musayeva - Çinarə Quli­yeva cütlüyü isə üçüncü pillələrdə qə­rarlaşıblar. 

Kişilərin mübarizəsində isə Vadim Kutukov - Elmin Alışanov dueti qızıl medala sahib çıxıb. Vüqar Bayramov - Ülvi Rəcəbli, Asif Əliyev - Heydər Məmmədli cütlükləri gümüş və bürünc medalları qazanıblar. 

Oyunların ardından mükafatlan­dırma və bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov, Azər­baycan Voleybol Federasiyasının pre­zidenti Şahin Bağırov təqdim ediblər.

Leyla SABİRQIZI, XQ

İdman