...Dərd verir limonlu su da...

post-img

“Veçernyaya Moskva” qəzetinə müsahibəsində qastroenteroloq Nikita Xarlov limonlu suyun neqativ təsiri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, limonlu su eroziya və ya xorası olan in­sanlara pis təsir göstərir. “Onlar özlərini dərhal narahat hiss edə­cəklər. Limon turşusu mədənin yaralı divarlarına daxil olduqdan sonra qıcıqlanma başlayacaq. Amma bunu yeməkdən sonra və ya yemək zamanı etsəniz, insana heç bir zərəri olmayacaq”, - Xarlov izah edib.

Qastroenteroloq deyib ki, mədə-bağırsaq traktının bir sıra xəstəliklərində, o cümlədən yemək borusu və mədənin iltihabı zamanı limonlu su içmək əks göstərişdir. Bundan başqa, həkim xəbərdarlıq edib ki, limonlu su çox içildikdə diş minasını zədələyir.

Böyük Nizami deyirdi: “Artıq içiləndə dərd verir su da”. Görün­düyü kimi, çox içiləndə limonlu su da fəsada səbəb olur.

Z.HÜSEYNLİ, XQ

Sosial həyat