Kikboksçularımızın uğurlu çıxışı

post-img

Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin İdman təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov və “ZV Fight Academy”nin məşqçisi Ayaz Mehdiyevin tələbələri kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Onlar Türkiyənin İstanbul şəhə­rində keçirilən yarışda 6 medal qaza­nıblar. Komanda üzvlərindən Kənan Cəfərli (57 kq) və Ramal Həsənli (81 kq) lokek versiyasında qızıl medala sahib olublar. “Fulkontakt” növündə mübarizə aparan Əli Əmirli (48 kq) tur­niri gümüş medalla tamamlayıb. Rinat Qiyasov lokek, Bilal Nuriyev “Fulkon­takt”, Tahir Abdullayev isə kik-layt ver­siyasında bürünc medala yiyələniblər. 

Leyla SABİRQIZI, XQ

İdman