Gimnastlarımız qızıl və bürünc medal qazanıblar

post-img

İdman gimnastımız Nikita Simonov “Challenge” seriyasına aid dünya kubokunda uğurla çıxış edib. 

Azərbaycan atleti Türkiyənin Mer­sin şəhərində keçirilən yarışda halqa­larla hərəkətlərin icrasında bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. 

Azərbaycanın digər idman gim­nastı İvan Tixonov isə Rumıniyanın Buxarest şəhərində keçirilən “Roam­Gym Trophy 2023” beynəlxalq turnirin­də bürünc medal alıb. O, dəstəli atda hərəkətlərin icrasına görə fəxri kürsü­nün üçüncü pilləsinə qalxıb.

Leyla SABİRQIZI, XQ

İdman