Gənclər və İdman Nazirliyi: “Gəlin birlikdə qaçaq”

post-img

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş “Gəlin birlikdə qaçaq” şüarı ilə yarış keçirilib. 

“XQ” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Neftçala və Ağstafadan 200-dən artıq iştirakçı mübarizə aparıb. Dənizkənarı Milli Parkda keçirilən yarışda 4 yaş kateqoriyası üzrə - 18, 40, 50 və 60 yaşdan yuxarı kişi və qadınlar arasında müxtəlif məsafələrə qaçışda qaliblər müəyyənləşib. Eyni zamanda, uşaqlar da  mübarizəyə qoşulublar. 

Qeyd edək ki, “Heydər Əliyev ili”nə həsr olunmuş bu cür tədbirlər silsilə xarakteri daşıyır. Bundan öncə müxtəlif bölgələrdə təşkil olunmuş kütləvi qaçış tədbirlərinə daha biri sentyabrın 24-də İsmayıllıda əlavə olunacaq.

Elçin ABBASOV,

XQ

İdman