Bu gündən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlanır

post-img

Sentyabrın 4-dən ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlanır.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, ixtisas seçimi sentyabrın 9-dək aparılacaq.

Xatırladaq ki, builki qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub.

Təhsil