Yekaterinburqda komandamızın növbəti uğuru

post-img

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan komandası daha 4 medal qazanıb. 

Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, növbəti qı­zıl medal taekvondo üzrə qazanılıb. Rəqibləri üzərində inamlı qələbə qa­zanan Səyyad Dadaşov (54 kq) qalib adına layiq görülüb. Digər dayanq us­talarımız Vaqif Hacıyev (68 kq) və El­tac Qafarov (80 kq) 2-ci, Pərviz İsgən­dərov (63 kq) üçüncü yerləri tutublar. 

Bununla da, komandamızın əldə etdiyi medalların sayı 26-ya çatıb.

Qeyd edək ki, avqustun 31-dək da­vam edəcək yarışda Azərbaycanı 69 idmançı təmsil edir. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman