IBSA dünya oyunlarında 4 mükafat

post-img

İngiltərənin Birmingem şəhərində keçirilən IBSA dünya oyunları başa çatıb.

Mötəbər yarışda ölkəmiz cüdo və şahmat idman növlərində təmsil olunub. Paracüdoçularımız yarışı iki gümüş, bir bürünc medalla başa vu­rublar. Şahmatçıların yarışında isə ko­mandamız 5-ci yeri tutub. 

Qeyd edək ki, dünya oyunlarında cüdo üzrə ölkəmizi kişilərin mübarizə­sində İlham Zəkiyev (+90 kiloqram), qadınlarda isə Xanım Hüseynova (70 kiloqram), Şəhanə Hacıyeva (48 kiloq­ram) təmsil ediblər. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman