“Neftçi” 4-cü dəfə qalib olub

post-img

Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində təmsilçimiz “Neftçi” uğurla çıxış edib. 

Basketbolçularımız final oyununda Almaniyanın “Düsseldorf Zoos” klubu ilə qarşılaşıblar. Oyuna üstün başla­yan “Neftçi”, yekunda rəqibi üzərində 21-10 hesabı ilə qələbə qazanaraq Debretsen mərhələsinin qalibi olub. Mərhələnin ən dəyərli oyunçusu (MVP) “Neftçi” klubunun üzvü Bryana Freyzer seçilib. Bu çempionluqla “Neftçi”, Dün­ya Qadın Seriyasında 4-cü dəfə mər­hələ qalibi olub.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman