Günay Məmmədzadə bürünc medal qazanıb

post-img

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Hindistanın MGD1 komandasının heyətində Almaniyada rapid üzrə dünya çempionatının bürünc mükafatçısı olub.

12 turun yekun nəticəsinə əsasən MGD1 komandası 18 xal toplayıb və yarışı üçüncü pillədə başa vurub. Ra­pid növü üzrə dünya çempionatında qələbəni Bakıda keçirilən Dünya Ku­bokunun finalçısı Rameşbabu Praq­nanandanın da şərəfini qoruduğu “WR Chess” bayram edib. Qalib komanda 22 xalla bütün rəqibləri qabaqlayıb. Dünya çempionu Vişvanatan Anandın çıxış etdiyi “Freedom” 20 xalla ikinci yerlə kifayətlənib. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman