“Zirə” Toni Qomeslə yolları ayırıb

post-img

“Zirə” klubu futbolçusu Toni Qomeslə yollarını ayırıb. Bu barədə Bakı klubunun sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilir ki, Qvineya-Bissau yığmasının yarımmüdafiəçisi karyerasını İsraildə davam etdirəcək. Belə ki, 25 yaşlı cinah oyunçusu Hadera “Hapoel”inə transfer olunub.

Qeyd edək ki, ötən ilin yayında “Zirə”yə keçən Toni Qomes 2022/2023 mövsümündə Premyer Liqada keçirdiyi 24 oyunda 3 qol vurub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman