İdmançılarımız məşhur triatlon turnirində güclərini sınayıblar

post-img

Danimarkanın paytaxtı Kopenhagendə dünyaca məşhur triatlon turniri IRONMAN (dəmir məsafə) seriyasının növbəti yarışı keçirilib. İştirakçılar 3,8 kilometr məsafəyə üzüb, 180 kilometr velosiped sürüb və 42 kilometr qaçıblar. Həm peşəkar, həm də həvəskarların qatıldığı turnirdə, ümumilikdə, 2500-dək idmançı gücünü sınayıb. 

Sözügedən yarışa Azərbaycandan 7 idmançı qatılıb. Onlardan Aleksandr Mordasov, Samir Cavadov,  Teymur Fərəcov, Rabiyə Orucova, Kamil Əliyev və Kamram Əbilov Triterra klubunu, Elçin Bəkirov isə Tristar klubunu təmsil ediiblər. Teymur Fərəcov ölkəmizi təmsil edən idmançılar arasında ən yüksəsk nəticə göstərərək, 9 saat 56 dəqiqə 06 saniyəyə finişə çatıb. Kamran Əbilov və Samir Cavadov IRONMAN tituluna sahib olan idmançılar sırasına adlarını yazdırıblar. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman