"Neftçi" - "Səbail" matçı sülhlə başa çatıb

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura "Neftçi" - "Sabail" matçı ilə yekun vurulub. "Neftçi Arena"da keçirilən qarşılaşma sülhlə başa çatıb -1:1.

Belə ki, qarşılıqlı hücumlar şəraitində keçən matçda hesabı 34-cü dəqiqədə qonaqların futbolçusu Pedro Nunu açıb. Bundan sonra birinci hissədə qol qeydə alınmayıb. İlk 45 dəqiqə qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissədə oyuna bir qədər üstün başlayan meydan sahibləri irəliləyən dəqiqələrdə təzyiqi artırmağa başlayıblar. Məhz elə bu təzyiq sayəsində 82-ci dəqiqədə meydan sahibləri 11 metrlik cərimə zərbəsi qazanıblar. "Neftçi"nin heyətində Kenni Sayef penaltini dəqiq yerinə yetirərək "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra ilk xallarını qazanan komandalar müvafiq olaraq 8 və 9-cu yerləri tuturlar.

Qeyd edək ki, əvvəlki oyunlarda “Araz-Naxçıvan” “Qəbələ”ni 2:0, “Zirə” “Kəpəz”i 1:0, “Qarabağ” “Turan Tovuz”u 3:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Sabah” matçı isə Bakı klubunun istəyi ilə təxirə salınıb.

Hazırda 6 xalı olan "Zirə" turnir cədvəlində liderdir.

Elçin ABBASOV,

Elşən AĞALAR,

"Xalq qəzeti"



























İdman