Şahmatçılarımız qələbə ilə başladı

post-img

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına start verilib. Azərbaycan Şahmat Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, ilk turda Azərbaycan komandası Paraqvay şahmatçılarını 4-0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edirlər. Komandanın kapitanı Fərid Abbasovdur.

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman