Kriştianu Ronaldu “Əl Nəsr”lə ilk kubokunu qazanıb

post-img

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunu Ərəb Çempionlar Kubokunun finalında “Əl-Hilal”ı məğlub edib. Bu barədə “CNN-TÜRK” məlumat yayıb. Mənbə qeyd edir ki, bununla da klubun portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu “Əl-Nəsr”lə ilk kubokunu qazanıb.

Bildirilir ki, Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan final qarşılaşması “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin görüşdə Ronaldu iki dəfə fərqlənməyi bacarıb.

Mənbə qeyd edir ki, Ronaldu Portuqaliya millisində qazandığı kubok da daxil olmaqla, ümumilikdə, indiyədək 35 kubok qazanıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman