“Sabah” “Partizan”ı məğlub etdi

post-img

“Sabah” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Partizan” komandasını məğlub edib. “Bank Respublika Arena”da keçirilən görüş “Sabah”ın 2:0 hesabı qələbəsi ilə başa çatıb.

Oyunun ilk dəqiqələrindən "Sabah" klubu  üstün oyun nümayiş etdirsə də, birinci hissədə hesab açılmayıb.

Gürcüstanlı FİFA referisi Giorgi Kruaşvilinin idarə etdiyi matçın ikinci hissəsi daha gərgin  mübarizə şəraitində keçib. Belə ki, ikinci hissədə daha inamlı oyun göstərən "Sabah" 69-cu dəqiqədə 11 metrəlik cərimə zərbəsi qazansa da, Aleksey İsayev penaltini qola çevirə bilməyib. Lakin bundan bir  dəqiqə sonra “Sabah” klubu Letiçin vurduğu qolla hesabı açıb-1:0.  

74-cü dəqiqədə yenidən rəqibi meydanın mərkəzinə dəvət edən Letiç özünün və komandasının ikinci qolunu vurub – 2:0.

Bundan sonra oyunda hesab dəyişməyib. Görüş “Sabah”ın qələbəsi ilə başa çatıb.
Qeyd esək ki, komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda keçiriləcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman