Rusiyalı həkim Morozovun sözlərinə görə, sitrus meyvələri və onların müalicəvi xüsusiyyətləri ilə hamımız tanışıq. Çoxumuz çayımıza limon əlavə etməyi sevirik. Ancaq limonu bizə daha da faydalı edən başqa üsul var.
Limon və şam ağacı iynələrinin qarışığı ilə xolesterindən daha tez xilas olmaq mümkündür. Çoxumuz bilmirik ki, şam ağacı iynələri C vitamini və karotinlə zəngin olan efir yağlarının anbarıdır. Bundan əlavə, o, immunitet sistemini gücləndirən üstün bakterisid xüsusiyyətlərə malikdir. Hətta, limonla qarışımı damarları xolesterindən təmizlədiyi üçün insanı aterosklerozun ilk mərhələsindən xilas edə bilər.
Məlhəmin hazırlanması qaydası belədir:
2 dolu stəkan doğranmış şam iynələrinə bir neçə ovuc yabanı çiçək əlavə edilir. Qarışığa 2–3 stəkan su tökülür və bir saat yarım dəmlənir. Sonra ocağa qoyulur və qaynayana yaxın dərhal götürülür. Soyuduqdan sonra bir ədəd limonun suyu əlavə edilir. Qarışıq qaranlıq yerdə 20–24 saat saxlanır, sonra tənzifdən süzülür.
Yeməkdən 30 dəqiqə əvvəl gündə iki dəfə yarım stəkan içmək məsləhət görülür.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”