AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.
Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşek iştirak edib. Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi İnqilab Məmmədov və referi köməkçisi Zeynal Zeynalov layiq görülüb.
Mükafatın əsasnaməsinə uyğun olaraq səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, Hakimlər Komitəsinin üzvləri və sədri və Futbol Hakimləri Birliyinin sədri iştirak edib.
Leyla SABİRQIZI, “Xalq qəzeti”