Bəzi yerlərdə yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən avqustun 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmur­suz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 20-25°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələ­cək, nisbi rütubət 40-45 faiz olacaq.

Abşeron çimərlik­lərində dəniz suyunun temperaturu: Şimal çimərliklə­rində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında dolu düşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmur­suz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın tempera­turu gecə 20-25, gündüz 31-36°, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya