FTB-nin haker xəbərdarlığı

post-img

ABŞ-ın daxili kəşfiyyat və təh­lükəsizlik idarəsi FTB, süni intellek­tin hakerlərin işlərini asanlaşdırdığı­nı bildirib. Xəbərdarlıq edib ki, onlar “ChatGPT” kimi məhsuldar süni in­tellekt vasitələrindən istifadə edərək tez bir zamanda zərərli kod yaradır­lar və bundan kiber cinayətlərdə is­tifadə edirlər.

FTB nümayəndəsi izah edib ki, bu vasitələr pis niyyətli insanlara hər cür qeyri-qanuni fəalliyyət üçün təkan verir. Məsələn, insanları aldatmaq üçün süni zəkanın səs proqramlarından istifadə edərək onların ən yaxınlarının səsini təqlid edirlər. “GPT-4” kimi multimodel­lərin istifadəyə buraxılması ilə hakerlər həssas məlumatları, ödəniş kartlarını və s. əldə etmək üçün inandırıcı saxta­karlıqlar yarada bilirlər.

Səlahiyyətli nümayəndələr qeyd edib ki, süni intellekt modelləri inkişaf etdikcə tendensiyalar artacaq. Bunun üçün həmin proqramlar lazımi tədbirlər görülmədən istifadəyə verilməməlidir.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya