“Google” istifadəçilərin axtarış nəticələrini yaxşılaşdırmaq məqsədi ilə süni intellektlə təchiz edilmiş 3 yeni funksiyasını elan edib. Şirkətin internet saytında dərc edilən bloq yazısında elan edilən yeni funksiyalar “Search Generative Experience” (resurslara keçid sistemi) (SGE) əsasında hazırlanıb.
Belə ki, axtarış edilən zaman SGE həmin mövzular haqqında qısa xülasələr yaradacaq. Məsələn, “ən kiçik yırtıcı quş” axtarışı zamanı saytların keçidlərindən əvvəl quş növünün təsviri ilk sırada olacaq. Digər tərəfdən, “Google” axtarışlara qısa videolar əlavə edəcəyini bildirib. Həmçinin, süni intellekt sistemindəki təkmilləşdirmələr sayəsində artıq xülasələr yaratmaq üçün vaxt iki dəfə azalıb və cavablar daha sürətli verilir.
Qeyd edək ki, istifadəçilər bu funksiyaların məlumat tapmağı asanlaşdırdığını təsdiq ediblər.
Aytən NƏCƏFOVA, “Xalq qəzeti”