Paralimpiya Oyunlarına daha bir lisenziya

post-img

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhə­rində keçirilən dünya çempionatında qızıl medal qazanıb. 

Paralimpiya çempionu 100 metr brass növündə 1:07.08 saniyə nəticə göstərməklə qalib adına layiq görülüb. Bununla o, “Paris-2024” XVII Yay Para­limpiya Oyunlarına lisenziya qazanıb.

Bundan əvvəl 3 qat paralimpiya çem­pionu Raman Salei 1 gümüş, 2 bürünc medal qazanıb. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman