“Neftçi” stadionu “Arena” oldu

post-img

“Neftçi”nin ev oyunlarını keçir­diyi stadion bundan sonra “Neftçi Arena” adlandırılacaq.

Bu barədə klubun prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, azar­keşlərin istəyi nəzərə alınaraq “Neftçi” – “Beşiktaş” oyunu doğma stadionda təşkil ediləcək. Bu gündən etibarən arenanın adı nə “Bakcell Arena” nə də “8-ci km” adlanacaq. Stadionun adı “Neftçi Arena” oldu.

Xatırladaq ki, stadion daha əvvəl “8-ci km” və “Bakcell Arena” adlanırdı.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman