Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

post-img

Bakı Konqres Mərkəzində şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. 

Əvvəlcə səhnəyə şahmat xanaları gəti­rilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasında maraqlı səh­nəcik təqdim olunub. Ardınca Dövlət Himni səsləndirilib.

Bundan sonra Azərbaycanda şahmatın inkişafı və təbliğindən bəhs edən videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Fərid Qayıbov 10-cu Dünya Kubokunun Bakıda təşkilinin təsadüfi olmadığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev İli" elan olunduğunu diqqətə çatdırıb. Nazir şahmatın inkişafında dövlətin qayğısı­nı xüsusi vurğulayıb. 

Azərbaycan qrosmeysterlərinin bey­nəlxalq yarışlardakı uğurlarından söz açan FIDE-nin vitse-prezidenti M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirib. M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Bey­nəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.

FIDE-nin prezidenti Arkadi Dvorkoviç öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın ke­çirilməsi üçün minnətdarlığını bildirib. Yara­dılan şəraitdən razılıq edən rusiyalı funksio­ner iştirakçılara uğurlar arzulayıb. Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.

Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.

“Xalq qəzeti”



İdman