"İrəvan" komandası məşqlərini davam etdirir

post-img

"İrəvan " Futbol Klubu ASK Arenada məşqlərini  davam etdirir.

Klubun Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən məşqlər Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin, "İrəvan" FK-nın idarə heyətinin sədri Zülfüqar Kazımovun və klubun prezidenti Zahid Niyazəliyevin diqqətindən yayınmır. Belə ki, rəhbərlik  məşqləri izləyir, yeni transfer olunan futbolçularla  mütəmadi maraqlanırlar.

Böyük məqsədlərə doğru irəliləyən, 1-ci Liqada mübarizə aparacaq "İrəvan" Futbol Klubu çalışmalarını  davam etdirir. 

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.





İdman