“Qarabağ” Polşada məğlub oldu

post-img

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb.

Ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Mieyski” stadionunda keçiriblər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə etdiyi və beş qolun qeydə alındığı görüşdə meydan sahibləri qələbə qazanıblar-3:2.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

"Xalq qəzeti"

İdman