Tennisçilərimiz Çin universiadasında mübarizə aparacaqlar

post-img

İyulun 28-də Çinin Çendu şəhərində 31-ci Ümumdünya Yay Universiadası start götürəcək. 

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə, 110 ölkənin qatılacağı yarışda Azərbaycan 88 idmançı ilə təmsil olunacaq. Onlardan 8-i stolüstü tennisçidir. Çendu sınaqlarında Fərhad İsmayılov və Könül Mikayılovanın rəhbərliyi ilə Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Aliyə Haşımova, Nihad Məmmədov, İbrahim Ansari, Kənan Pənahov və Fəxri Abdullayev bacarığını göstərəcək.

Qeyd edək ki, universiadaya avqustun 8-də yekun vurulacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman