Çin kosmosa dörd peyk göndərib

post-img

Çin dörd peykini orbitə çıxarıb. Ölkə rəsmiləri əməliyyatın uğurla başa çatdığını bildiriblər.

Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) məlumatına əsasən, peyklər “Çançjen 2D” raket daşıyıcısı ilə orbitə çıxarılıb.

Rəsmi mənbələrdə qeyd olunub ki, peyklərdən üçü uzaqdan müşahidə məlumatlarının əldə edilməsi, digər peyk isə rabitə texnologiyasının yoxlanılması üçün istifadə olunacaq.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya