Jordi Alba “İnter Mayami”yə keçdi

post-img

İspaniyalı sol cinah müdafiəçisi Jordi Alba da ABŞ-ın “İnter Mayami” futbol klubuna keçib. Bu barədə Türkiyənin “Milliyet” nəşri yazıb.

Bildirilir ki, Alba ilə klub arasında birillik müqavilə bağlanıb. Lakin böyük ehtimalla bir ildən sonra müqaviə müddəti uzadılacaq.

Qeyd edək ki, ispan müdafiəçinin mayın 24-də “Barselona” futbol klubunu tərk etdiyi açıqlanmışdı. 

Hazırda 34 yaşı olan Alba “Barselona”nın yetirməsidir, o, 2008-2012-ci illərdə “Valensiya”da çıxış edib. Kataloniya klubunun tərkibində 458 oyun keçirən futbolçu bu göstəricidə “Barselona” tarixində 9-cu oyunçudur. O, “Barselona” ilə keçirdiyi oyunlarda 27 qol vurub və 99 məhsuldar ötürmə edib.

Alba komandası ilə birlikdə altı dəfə İspaniya çempionluğunu, beş dəfə ölkə kubokunu, dörd dəfə Superkuboku qazanıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman